Kopa Amerika 2024-də finalın adı müəyyənləşib

Amerika Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, yarımfinalda Uruqvayı məğlub edən Kolumbiya finala vəsiqə qazanıb.

Kolumbiyaya qələbə gətirən yeganə qolu matçın 39-cu dəqiqəsində Lerman vurub.

Argentina və Kolumbiya milliləri arasında keçiriləcək həlledici görüş iyulun 15-də keçiriləcək və 04:00-da başlayacaq.