Kopa Amerika 2024-ün finalında məhşur müğənninin çıxışına görə 25 dəqiqəlik fasilə yaranacaq
Argentina və Kolumbiya milli komandaları arasında keçiriləcək final matçında məşhur kolumbiyalı müğənni Şakiranın ifasına görə 25 dəqiqəlik fasilə yarana bilər.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Dieqo Monroiq məlumat verib.
Mənbənin sözlərinə görə Şakirnin matçın fasiləsində 25 dəqiqəlik çıxışı olacaq.
Qeyd edək ki, Kolumbiya və Argentina arasında final matçı iyulun 15-də Mayamidə keçiriləcək. Saat 04:00-da başlanacaq görüşü braziliyalı hakim Rafael Klaus idarə edəcək.