Koronavirusa yoluxan daha bir futbolçu

İngiltərə “Kristal Pelas”ının qapıçısı Cek Batlend koronavirusa yoluxub.

Sportline.az BBC-yə istnadən xəbər verir ki, 27 yaşlı qolkiperdən götürülən test nümunələrinin cavabı müsbət olub. Oyunçunun artıq London otellərindən birində  karantinə alındığı bildirilib.

Qeyd edək ki, J.Batlend “Krisal Pelas”a ötən həftə “Stok Siti”dən keçib.