Koronavirusdan sağalan hücumçu "Qəbələ"nin düşərgəsinə qoşulub

"Qəbələ"nin yeni transferi Patrik Robson de Souza Monteyro "qırmızı-qaralar"ın düşərgəsində qoşulub.

Sportline.az "Report"a istinadən xəbər verir ki, verdiyi məlumata görə, braziliyalı hücumçu ötən gecə Türkiyənin Antalya bölgəsinə gəlib. 24 yaşlı forvard koronavirusa yoluxduğu üçün karantinə alınmışdı.

"Qırmızı-qaralar" "sambaçı"nı Avstriyanın "Admira" klubundan 1,5 illik müddətə icarəyə götürüb.

Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Samet Karakoçla maraqlandıqlarını da təsdiqləyib. 20 yaşlı oyunçu hazırda Türkiyənin III liqasında çıxış edən "Bayrampaşa" klubunun formasını geyinir.