Koutinyonun "Barselona"ya gələcəyi tarix müəyyənləşdi
"Barselona" Filipe Koutinyonun keçidini həll edib. SportLine.az xəbər verir ki, bu barədə "Sunday Mirror" məlumat yayıb.
Xəbərə görə, braziliyalı futbolçu yanvarın ilk həftəsində Kataloniya klubu ilə müqavilə bağlayacaq. F.Koutinyonun keçidi "Barsa"nı 150 milyon avro xərcə salıb.