Koutinyo:İndi həqiqətən evimə döndüyümü hiss edirəm

Braziliyalı futbolçu Filipe Koutinyo "Vasko da Qama" klubuna qayıtmasını dəyərləndirib.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu klubun TV kanalına verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Bu, böyük xoşbəxtlik, sevinc və bir az da həyəcan hissidir. Mən uzun müddət xaricdə yaşamışam. İndi özümü həqiqətən də evə – böyüdüyüm yerə, sevdiyim kluba qayıtmış kimi hiss edirəm. Ətrafımdakı bütün insanlar geri qayıtdığım üçün necə xoşbəxt olduğumu görür" deyə futbolçu Koutinyo bildirib.

Koutinyo son olaraq "Aston Villa"dan icarə əsasındə Qətərin "Əl-Duhail" komandasında çıxış edib. Asiya təmsilçisi ilə 23 oyuna çıxan futbolçu bu görüşlərdə 7 qol vurub, 3 asist edib.

Qeyd edək ki, Braziliya milli komandasının formasını 68 dəfə geyinən Koutinyonun aktivində 21 qol var.