Koutinyonun yeni klubu bilindi

İspaniyanın "Barselona" klubu futbolçusu Filippe Koutinyonu icarəyə göndərib.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək İngiltərə "Aston Villa"sında çıxış edəcək.

Premyer Liqa təmsilçisi mövsümün sonunda braziliyalı oyunçunu satın almaq hüququna malikdir.

Xatırladaq ki, Filippe Koutinyo 2018-ci ildən "Barselona"da oynayıb.