"Krasnodar" Andradeni istəyir

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az "RP Sport"a istinadən xəbər verir ki, "Krasnodar" 23 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Qeyd edək ki, L.Andrade bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 1 qol vurub və 7 qolun ötürməsini verib. Onun "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Əlavə edək ki, "Krasnodar" Rusiya çempionatında 17 turdn sonra 25 xalla 8-ci pillədə qərarlaşıb.

Banner