"Krasnodar"ın oyunçusu Braziliya klubuna keçib

"Krasnodar"ın və Paraqvay millisinin oyunçusu Junior Alonso karyerasını "Atletiko Mineyro"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.

Bu keçid Braziliya klubuna 1.1 milyon avroya başa gəlib

Alonso 2022-ci ildən "Krasnodar"da çıxış edirdi.Klubda oynadığı dövr ərzində 54 matça çıxan müdafiçi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.Transfermarkt portalına görə onun transfer dəyəri 8 milyon avrodur.

Qeyd edək ki, Alonso daha əvvəl "Lill", "Boka Xuniors" və "Selta Viqo" kimi komandaların şərəfini qoruyub.