"Kristal Pelas"dan 13 milyon avroluq transfer
"Kristal Pelas" "Bavariya"nın sağ cinah müdafiəçisi Saşa Boeyi heyətinə qatmağa yaxındır.
Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 13 milyon avro təklif edib.
"Bild" nəşrinin yaydığı məlumata görə, Münhen təmsilçisi bu təklifi qəbul edəcək.
Qeyd edək ki, 25 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 2 asistlə yadda qalıb.