Kristian Eriksen "Tottenhem"ə qayıda bilər

Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən İngiltərə "Tottenhem"ində çıxış edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Antonio Konte "Standard" nəşrinə açıqlama verib.

O bildirib ki, 30 yaşlı yarımmüdafiəçini yenidən komandasında görmək istəyər: "Eriksen, həm əla futbolçu, həm də yaxşı insandır. Yenidən futbol oynaya biləcəyinə sevindim. Düşünürəm ki, klubun qapısı hər zaman onun üzünə açıqdır".

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Son klubu İtaliya "İnter"i olan Eriksen karyerasının ən yaxşı vaxtlarını 2013 - 2020-ci illərdə formasını geyindiyi "Tottenhem"də keçirib.