Kristof Daum: "Bu çətin oyunda qalib gələcəyəm"

"Fənərbağça"da ardıcıl 2, "Beşiktaş"da isə 1 dəfə çempionluq sevinci yaşayan almaniyalı baş məşqçi Kristof Daum xərçəng xəstəliyinə qalib gəlmək niyyətindədir.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bu xəstəliyi futbol oyunu kimi görür: "Son 2 həftə asan keçmədi. ABŞ-da mənimlə çox yaxşı maraqlandılar. Nəfəs darlığı problemim var idi. Almaniyaya çətinliklə qayıtdım. Təyyarə tapa bilmirdik. Çətin də olsa Kölnə çata bildik. 

Xərçəng xəstəliyi ilə mübarizəmi futbol oyunu kimi görürəm. Bu çətin oyunda qalib gələcəyəm".