Krivotsyuk Cənubi Koreya klubunda debüt etdi
Azərbaycan millisinin üzvü Anton Krivotsyuk yei klubu "Tecon Xana Sitizen"də debüt edib.
Sportline.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Cənubi Koreyanın K1 Liqasının ilk turunda "Qanqvon"la görüşdə iştirak edib. O, start heyətində meydana çıxıb və sona qədər oynayıb.
Görüş "Tecon Xana Sitizen"in qələbəsiylə başa çatıb - 2:0.
Qeyd edək ki, Krivotsyuk bir neçə gün öncə Polşanın "Visla" klubundan Cənubi Koreya təmsilçisinə keçib.
"Tecon Xana Sitizen" - "Qanqvon" - 2:0
Qollar: Da Silva, 11, Leandro, 23