Krivotsyuk oynadı, komandası heş-heçə etdi
Polşa çempionatında 12-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) "Yagelloniya" ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Millimizin üzvü start heyətində meydana çıxıb və 62 dəqiqə oynayıb.
Qeyd edək ki, “Visla” turnir cədvəlində 12 oyundan sonra 21 xalla 2-cidir.