Krivotsyukun komandası uduzdu
Polşa Ekstraklasasında 22-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Zaqlembe" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Krivotsyuk bu görüşdə iştirak etməyib. O, ehtiyatda qalıb.
Qeyd edək ki, 22 turdan sonra 30 xal toplayan "Visla" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.