Kroos Almaniya milisinin hədəfindən danışıb

Almaniya millisinin futbolçusu Toni Kroos komandasının Avropa çempionatındakı planlarından söz açıb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu əsas hədəflərinin çempionluq olduğunu bildirib.

"Əlbəttə bizim məqsədimiz yarışın qalibi olmaqdır. Bacardığımız qədər irəliləyib hədəfimizi reallaşdırmalıyıq. Bunu bacaracağımıza inanıram", - deyə Kroos mətbuat konfransında sualı cavablandırıb. 

Qeyd edək ki, Almaniya millisi 1/4 finalda Fransa seçməsi ilə qarşılaşacaq. 

Oyun iyulun 5-də Ştutqartda keçiriləcək.