Kuarejma: “Beşiktaş” və “Porto” arasında vida qarşılaşması keçirmək istəyirəm”
Portuqaliya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Rikardo Kuarejma vida matçı keçirmək istədiyini bildirib.
Sportline.az “HT Spor” kanalına istinadən xəbər verir ki, veteran futbolçu “Beşiktaş” və “Porto” arasında dostluq matçı təşkil edəcəyini açıqlayıb.
“Beşiktaş” və “Porto” arasında bir vida matçı keçirmənin məntiqli olacağını düşünürəm. Bunu reallaşdıracam. Matçın birinci hissəsini “Beşiktaş”da, ikinci hissəsini isə “Porto”da forma geyinəcəm. Bu çox özəl matç olacaq. Bu iki klubla vidalaşmaq məni xoşbəxt edəcək”.
Qeyd edək ki, Kuarejma daha öncə “Sportinq”, “Barselona”, “İnter”, “Çelsi”, “Əl-Əhli”, “Kasımpaşa” və “Vitoria Gimarayeş” kimi klubların şərəfini qoruyub.