Kulibali “Dortmund”da keçir
“Borussiya Dortmund" klubu yay transfer pəncərəsində “Verder Bremen”in istedadlı müdafiəçisi Kərim Kulibalini heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, 18 yaşlı mərkəz müdafiəçisi ötən ay Almaniya U-21 millisində debüt edib və bu mövsüm Bundesliqadakı parlaq çıxışları ilə bir çoxlarının diqqətini üzərinə çəkib.
Almaniyanın yüksək liqasının növbəti böyük kəşfi kimi qiymətləndirilən futbolçunu Dortmund klubu yayda “Siqnal İduna Park”a gətirmək istəyir. Bununla belə, ona Avropanın bir çox aparıcı klubları da maraq göstərir.
Kulibalinin transfer dəyərinin təxminən 40 milyon avro olduğu bildirilir.