Kulibali İspaniya nəhənginin hədəfində
"Napoli"nin çüdafiəçisi kalidu Kulibali karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Barselona" maraqlıdır.
"Barsa"nın çalışdırıcısı Xavi "Mançester Siti" və "Yuventus"un da diqqət mərkəzində olan Kulibalinin Kataloniya klubuna keçməsini arzulayır.
Seneqallı futbolçunun "Napoli" ilə olan müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq. "Transfermarkt" portalı Kulibalinin transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.