Kuman: “Real Madrid” bir çox cəhətdən “Barselona”dan üstündür

 

"Barselona"nın keçmiş baş məşqçisi Ronald Kuman La Liqanın yeni mövsümü başlamazdan əvvəl "Real" və "Barselona"nın heyətlərini dəyərləndirib.

Sportline.az xəbər verir ki, təcrübləi mütəxəssis AS qazetinə verdiyi müsahibədə bu fikirləri səsləndirib.

""Madrid" bir çox cəhətdən "Barça"dan üstündür. Bilirəm ki, "Barça"da Lamin, Pedri və Gavi kimi istedadlı gənc oyunçular var, lakin onlara Mbappe kimi meydandakı vəziyyəti öz xeyrinə dəyişə biləcək oyunçular lazımdır.

Əgər sizin belə oyunçularınız və ya Messi kimi biri yoxdursa... Lamin öz yaşına görə valehedicidir, amma ona vaxt və rahatlıq vermək lazımdır. Dünyada sadəcə bir dənə Messi var, başqasını gələcəkdə görməyəcəyik" deyə 61 yaşlı çalışdırıcı bildirib.

Qeyd edək ki, Niderland millisinə rəhbərlik edən Ronald Kuman AVRO 2024-də komandasını yarımfinala qədər daşımış və bu mərhələdə İngiltərəyə məğlub olaraq mübarizəni dayandırmışdı.