Kunya “Vulverhempton”dan ayrılmaq istəyir
“Vulverhempton”un brazilyalı futbolçusu Matues Kunya klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Kunya “Vulverhempton”un yeni müqavilə təklifini qəbul etməyib.
“Arsenal” 25 yaşlı futbolçu üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
London klubunun rəhbərliyi oyunçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, Kunya bu mövsüm çıxış etdiyi 24 matçda rəqib qapılarına 11 qol vurub.