Kurtua "Real Madrid"lə yeni müqavilə imzalayıb

"Real Madrid" belçikalı kiperi Tibo Kurtua ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, təcrübəli qapçı "los blankos"la 2028-ci ilin iyun ayına qədər yeni müqaviləyə qol çəkib.

33 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Kurtua ötən mövsüm çıxış etdiyi 48 matçda qapısında 56 top görüb.