Kvaratsxeliya "Nyukasl"ın da hədəfindədir
"Napoli"nin gəc futbolçusu Xviça Kvaratsxeliya digər xarici klubların maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçini "Nyukasl" (İngiltərə) transfer etmək istəyir. İngiltərə klubu dünya çempionatı öncəsi gürcü futbolçunu mütəmadi olaraq yoxlayır. O, hazırda Premyer Liqa təmsilçisinin əsas hədəfidir.
Qeyd olunur ki, Xviça təxminən 50 milyon funt-sterlinq dəyərində qiymətləndirilir. Onun "Napoli" ilə müqaviləsi 2027-ci ilə qədərdir. Daha əvvəl forvardla "Liverpul" və "Mançester Siti"nin də maraqlandığı bildirilirdi.
Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oyayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.