Kvinsi Promesin yeni klubu məlum oldu

Moskva "Spartak"ının sabiq forvardı Kvinsi Promes karyerasını Birləşmiş Ərəb Əmirliklərində keçirəcək.

Sportline.az xəbər verir ki, niderlandlı futbolçu "Dubay Yunayted"in formasını geyinəcək.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, BƏƏ-də törətdiyi avtomobil qəzasından sonra hadisə yerindən qaçan Promes məhkəmənin yekun qərarını gözləməkdədir.

Onun Niderlanda ekstradisiyası baş tutsa, futbolçunu 7 il azadlıqdan məhrum olma cəzası gözləyir.

"Spartak" iyulun 1-də Kvinsi ilə yolları ayırdığını elan edib.