Lamin Yamal rekord qırdı

“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasında 11-ci qolunu vuraraq, 19 yaşına çatmamış bir futbolçunun turnirdə ən çox qol vurması üzrə yeni rekord müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, 18 yaşlı futbolçu “Atletiko Madrid”ə qarşı keçirilən 1/4 finalın cavab oyununda fərqlənib və komandasını hesabda önə çıxarıb. 

Bu qolla Yamal, turnirdə 19 yaşına çatmadan əvvəl 10 qol vuran Kilian Mbappeni geridə qoyaraq rekordu yeniləyib.

Qeyd edək ki, "Atletiko Madrid" "Barselona"nı iki oyunun nəticəsinə əsasən 3-2 hesabı ilə məğlub edərək Çempionlar Liqasında yarımfinal mərhələsinə yüksəlib.