"Lans"dan "Beşiktaş"a
“Beşiktaş” Kamerun millisinin üzvü Jan Onana ilə bağlı Fransanın “Lans” klubu ilə razılıq əldə edib.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə klubu 23 yaşlı dayaq yarımmüdafiəçisini heyətinə qatıb.
“Beşiktaş” futbolçu üçün “Lans” klubuna 6 milyon avro ödəyib.
Jan Onananın sabah İstanbulda olacağı gözlənilir.
Qeyd edək ki, Jan Onana “Lans”ın heyətində 21 oyuna çıxıb.