Laporta portuqaliyalı futbolçuya göz qoydu

"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao "Barselona"nın maraq dairəsinə düşüb.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona"nın prezidenti Xoan Laporta Leaonu komandasına cəlb etmək istəyir.

25 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Leaonun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O, bu mövsüm çıxış etdiyi 48 matçda 12 qol 13 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Leao 2019-cu ilin yayında "Lill"dən "Milan"a 49.5 milyon avro qarşılığında transfer olmuşdu.