"Latsio" "Mançester Yunayted"in futbolçusunu istəyir

"Latsio" "Mançester Yunayted"in 22 yaşlı futbolçusu Meyson Qrinvudun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Canluka Di Marsio məlumat yayıb.

Onu sözlərinə görə, romalılar bu futbolçunu yeni mövsümdə öz heyətlərində görmək istəyirlər.

Onların ilkin təkliflərində yer alan 20 milyon avro "Mançester Yunayted"in qane etməyib.

Qeyd edək ki, Qrinvud son mövsümü icarə əsasında "Xetafe" klubunda keçirib.