"Latsio" yarımfinalda
İtaliya Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
SportLine.az xəbər verir ki, "Fiorentina"nı qəbul edən "Latsio" minimal hesablı qələbə ilə adını növbəti mərhələyə yazıdırıb. Roma klubunun yeganə qoluna 6-cı dəqiqədə Senad Luliç imza atıb.
Qeyd edək ki, 1/4 final mərhələsində daha üç görüş keçiriləcək:
"Milan" - "İnter"
"Yuventus" - "Torino"
"Napoli" - "Atalanta"