Latviyada azarkeşlərdən maraqlı addım

Latviyanın "Riqa" klubunun azarkeşləri Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiya "Seltik"i ilə matçı izləmək üçün maraqlı addım atıb. 

Sportline.az xəbər verir ki, fanatlar qarşılaşmaya baxmaq məqsədi ilə iki ədəd üstü açıq ikimərtəbəli avtobus icarəyə götürüblər. Onlar 90 dəqiqə ərzində komandalarına dəstək olublar. 

Qeyd edək ki, "Riqa" doğma meydanda "Seltik"ə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.