"Legiya" - "Qarabağ" görüşünün vaxtı açıqlandı

Ölkə çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə keçirəcəyi görüşün vaxtı açıqlanıb.  

Sportline.az xəbər verir ki, oktyabrın 1-də Polşa paytaxtında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Qeyd edək ki, "Legiya" Avropa Liqasının III təsnifat mərhələsində "Drita"ya (Kosova) 2-0 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.