"Legiya"da ciddi itkilər

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Legiya” matça itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, Varşava klubu görüşə tam heyətlə hazırlaşmır. Oyunçulardan Jose Kante, Vojcieç Muzyk, Kesari Mista, Uiilliam Remi, Katzper Kostox, Vamara Sanogo və Marko Vesoviç son məşqlərə qatılmayıb.

Bundan əlavə, baş məşqçi Çeslav Mixneviç üçüncü qapıçı Mistanın yoxluğunu nəzərə alaraq, Katzper Tobiaşı qarşılaşma üçün heyətə daxil edib.

Qeyd edək ki, Qeyd edək ki, oktyabrın 1-də Varşavadakı “Voyska Polskieqo” keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.