"Leipziq" "Arsenal"a 60 milyon avro ödəməyə hazırdır
"Leipziq" "Arsenal"ın sol cinah vingeri Qabriel Martinellini heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, Almaniya klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Fussball Daten" nəşri məlumat yayıb.
Qeyd edək ki, Martinelli cari mövsüm meydana çıxdığı 44 matçda 11 qol, 6 asistlə yadda qalıb.