"Leipziq"dən "Liverpul"a
"Leipziq"in futbolçusu Assan Ouedraoqo karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
20 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 19 matçda 3 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, A.Ouedraoqonun dəyəri 40 milyon avrodur.