"Leipziq"in oyunçusunun transfer qiymətini açıqlayıb

"Leipziq" almaniyalı sol cinah müdafiəçisi David Raumun transfer qiymətini açıqlayıb.

Sportline.az jurnalist Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu 27 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.

D.Raum klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, İngiltərə, İspaniya və İtaliya klubları sözügedən oyunçu ilə yaxından maraqlanır.