Lempard rəsmən "Everton"da

"Everton"un yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Frenk Lempard çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İngiltərəli baş məşqçi bu vəzifədə yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib.

Qeyd edək ki, Frenk Lempardın sonuncu iş yeri "Çelsi" olub.