Lempardın birlikdə oynadığı ən yaxşı hücumçu
"Çelsi" və "Mançester Siti"nin sabiq futbolçusu Frenk Lempard birlikdə oynadığı ən yaxşı hücumçu haqqında danışıb.
Sportline.az xəbər verir ki, yaxın keçmişin ən parlaq ulduzlarından olan yarımmüdafiəçi bu ada argentinalı Serxio Aqueyronu layiq görüb.
"Aqueyronun siyahını 1-ci sırasına yazardım. Bir çox dahi futbolçularla birgə oynamışam. Düşünürəm ki, ən yaxşı hücumçu məhz Aqueyra olub", deyə Lempard "Give me Sport"a fikrini açıqlayıb.
Qeyd edək ki, Lempardla Aqueyro birikdə "Mançester Siti"nin uğurları üçün çalışıblar.