Lennoks Lüis Fyuri - Usik duelinə proqnoz verdi

Superağır çəkili sabiq dünya çempionu Lennoks Lüis böyük maraqla gözlənilən Tayson Fyuri - Aleksandr Usik dueli ilə bağlı qənaətini bölüşüb.

Sportline.az xəbər verir ki, əfsanəvi britaniyalı idmançı bütün titullar uğrunda döyüşü səbirsizliklə göslədiyini bildirib.

"Çox şadam ki, onlar bu döyüşə çıxmaq qərarını veriblər. Qarşılaşma əla alınmalıdır. Favoritim isə Fyuridir. Məncə Tayson Usiki əzişdirəcək", - deyə Lüis X sosial şəbəkəsində fikrini bölüşüb.

Qeyd edək ki, Fyuri - Usik döyüşü fevralın 17-də Ər-Riyadda keçiriləcək.