"Lester Siti"nin yeni baş məşqçisi bəlli olub

Enzo Mareskanın "Çelsi"yə gedişindən sonra baş məşqçi axtarışında olan "Lester Siti" Stiv Kuper ilə 3 illik müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis son olaraq 2021-ci ilin sentyabrından 2023-cü ilin dekabrına qədər Premyer Liqa komandası "Nottinqem Forest"i çalışdırıb.