Levandovski: "Çempionluq bizim mentalitetimiz olmalıdır"
"Barselona"nın hücumçusu Robert Levandovski hələ uzun müddət Kataloniya təmslçisində qalmaq niyyətindədir.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, o, bu barədə özü açıqlama verib. 34 yaşlı hücumçu deyib: “Mən formada olduğum və titullara ac olduğum müddətdə “Barselona”da qalacağam. Çempionluq bizim mentalitetimiz olmalıdır".
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın və Polşa millisinin heyətində ümumilikdə 28 matçda 21 qol vurub və 7 qolun ötürməsini verib. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilədək nəzərdə tutulub.