Levandovski yenə ən yaxşıdır
Beynəlxalq İdman Mətbuatı Assosasiyası 2021-ci ilin ən yaxşı idmançısının adını açıqlayıb.
Sportline.az xəbər verir ki, ilin ən yaxşı kişi idmançısı "Bavariya"nın futbolçusu Robert Levandovski olub. Levandovskinin bu ada layiq görülməsində onun 2021-ci ildə bütün çempionatlarda ümumilikdə 69 qol vurması xüsusi rol oynayıb.
Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da oynayır.