"Lex"dən azərbaycanlılara qarşı hörmətsizlik
"Qarabağ" Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Sportline.az xəbər verir ki, yenilgidən sonra Poznan təmsilçisi rəsmi "Facebook" səhifəsini azərbaycanlı istifadəçilər üçün bağlayıb.
Səhifəyə azərbaycanlı istifadəçilərin girişi bloklanıb.
