"Leypsiq" klubu qərar verdi
“Leypsiq” Yan Diomandeni qışda satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, “Leypsiq” rəhbərliyi cinah oyunçusu Yan Diomandenin yanvar transfer pəncərəsində satılmayacağını açıq şəkildə bildirib.
"The Athletic" nəşrinin jurnalisti Seb Stafford-Blura görə, Almaniya klubu futbolçu ilə bağlı danışıqlara yalnız gələn yay başlamağı planlaşdırır və mümkün transfer qiyməti təxminən 100 milyon avro ola bilər.