"Leyptsiq"in futbolçusu Avropa nəhənglərinin radarına düşüb

“Leyptsiq” klubunun futbolçusu Yan Diomande Avropanın aparıcı komandalarının diqqət mərkəzinə düşüb.

Sportline.az xəbər verir ki, “Bavariya”, PSJ və “Mançester Yunayted” Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq niyyətindədir.

“Leyptsiq” gənc futbolçu üçün tələb etdiyi məbləği artıq müəyyən edib.

Almaniya təmsilçisi 19 yaşlı cinah oyunçusu üçün 100 milyon avro tələb edir.