"Leypziq"i "Mançester Yunayted"ə dəyişir
"Leipziq"in 19 yaşlı futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" yay transfer pəncərəsi dövründə afrikalı sol cinah vingerini heyətinə qatmağı planlaşdırır.
Bu haqda jurnalist Filipp Hinze məlumat yayıb.
Qeyd edək ki, Y.Diomande bu mövsüm meydana çıxdığı 16 matçda 7 qol, 4 asistlə yadda qalıb.