Leyvin Kurzava PSV yolunda
PSJ-nin sabiq oyunçusu Leyvin Kurzava PSV-yə keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu barədə Foot Mercato nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Niderland klubu 31 yaşlı müdafiəçi ilə şəxsi razılıq əldə edib.
Kurzava 9 illik PSJ macərasının ardından bu yay klubdan ayrılıb.O, azad agent statusu daşıyırdı.
Qeyd edək ki, futbolçu ilə Fransanın "Brest" klubu da yaxından maraqlanırdı.