Lider paytaxtda xal itirib

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.

Sportline.az xəbər verir ki, qadın həndbolçuların ölkə çempionatında 10-cu tur “Bakı və “Qarabağ” komandalarının görüşü ilə başlayıb. Qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” liderlik keyfiyyətlərini bu oyunda da nümayiş etdirərərək matçı 26-10 hesablı qələbə ilə tamamlayıb. Çempionatın autsayderi “Gənclər Birliyi” “İdman Akademiyası” ilə oyunda da azarkeşlərini məyus edib. “Tələbələr” 34-15 hesabı ilə üstün olublar. Turun mərkəzi görüşündə “Kür”lə  “Azəryol” üz-üzə gəlib. Xatırladaq ki, bu komandaların Bakıdakı duelində  qalib müəyyənləşməmişdi. Qarşılaşmaya fəal başlayan Mingəçevir təmsilçisi ilk hissədə 13-10 hesabı ilə irəli çıxıb. Fasilədən sonra da inamlı oyun nümayiş etdirən ev sahibləri yekunda 29-23 hesabı ilə qalib gəliblər. Xal sayını 15-ə çatdıran “Kür” “Azəryol”u qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 18 xalla “Qarabağ” başçılıq edir. 

Kişi hədbolçuların yarışında 10-cu turunda “Dinamo”nu sınağa çəkən “Bakı”   böyük üstünlüklə qələbə qazanıb - 44-20.  “Azəryol” “İdman Akdemiyası” ilə görüşdə çətinlik çəkmədən rəqibini məğlub edib. 40-19.  Turun ən maraqlı görüşü “Qarabağ” və “Kür” arasında olub. Çempionatın lideri olan qonaqlar paytaxtda xal itiriblər. Matçın əvvəlindən təşəbbüsə yiyələnən Mingəçevir həndbolçuları ilk hissədə 15-11 hesabı ilə üstün olublar. İkinci yarıda da “Kür” üstünlüyünü davam etdirib. Lakin görüşün sonlarına yaxın “Qarabağ” həndbolçuları geriliyi aradan qaldırıblar. Hətta matçın başa çatmasına saniyələr qalmış meydan sahibləri qələbə qolunu da vurmağa yaxın olublar. Amma, Ramazan Muradov penaltidən fərqlənə bilməyib. Beləliklə gərgin mübarizə 27-27 hesabı ilə yekunlaşıb. 10 turdan sonra “Kür” 17 xalla liderdir. Hesabında 12 xalı olan “Azəryol” və “Bakı” 2-ci - 3-cü yerləri bölüşür. Onlardan bir xal az toplayan “Qarabağ” 4-cü pillədədir.