“Lids”-“Çelsi” matçında bədbəxt hadisə

“Lids” komandasının “Çelsi”yə vurulan qolu çılğıncasına qeyd edərkən stadionun yuxarı hissəsindən yıxılıb.

Spotline.az Sport24.ru-ya istinadla xəbər verir ki, bədbəxt hadisə İngətərə Liqa kubokunda keçirilən “Çelsi”-“Lids Yunayted” matçında yaşanıb.

Xəbərdə bildirilir ki, “Stemford Bric”in yuxarı hissəsində yerləşən qonaq tribunasında azarkeşlərdən biri yıxılaraq digər azarkeşlərin üzərinə düşüb.

Həkimlər və polislər dərhal yaralıların yanına qaçaraq köməklik göstəriblər.

Həmin azarkeş xəstəxanaya yerləşdirilib.