"Lids Yunayted"in yeni hədəfi

"Yunion Berlin"in futbolçusu Danilyo Doekhi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Lids Yunayted" 27 yaşlı stopperi heyətinə qatmağı planlaşdırır.

Sözügedən oyunçunun dəyəri 13 milyon avrodur.

Qeyd edək ki, D.Doekhi cari mövsüm meydana çıxdığı 18 matçda 6 qolla yadda qalıb.