Lilian Türamın PSJ - "Real" görüşünə proqnozu
Fransa millisinin sabiq üzvü Lilian Türam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ - "Real" görüşünə proqnozunu açıqlayıb.
Sportline.az xəbər verir ki, veteran futbolçu bugecəki oyunda parislilərin qələbə çalacağını düşünür.
O, fikrini heyətlərdəki fərqlə əsaslandırıb. Türamın fikrincə, Messi, Mbappe və Neymarın yer aldığı komanda azarkeşlərini sevindirməyə qadirdir. Messini xüsusi vurğulayan Türam, PSJ-nin qapıçılarını və hazırda ən yaxşı mərkəz müdafiəçilərindən sayılan Markinyosu da, nəzərdən qaçırmamağı məsləhət görüb.
Qeyd edək ki, PSJ - "Real" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.